Pablo Pikasso

Palitralı avtoportret, 1906-cı il.

Filadelfiya Rəssamlıq Muzeyi, ABŞ

25 oktyabr 1881-ci il - 8 aprel 1973-cü il

İspaniya

İspan rəssamı, heykəltəraş, qrafik, teatr rəssamı, keramist və dizayner. Kubizmin banisi (Jorj Brak və Xuan Qrislə birlikdə), həmin üslubda üçölçülü cism orijinal tərzdə bir-birilə yanaşı yerləşdirilmiş vahid səth kimi təsvir olunurdu. Pikasso "Çəhrayı dövrə" aid bu avtoportretdə sənətşünasların fikrincə öz qüvvəsinə inamı barədə bəyan edir - bir insan kimi onun fiquru nəhəngdir, sağ əlinin yumruğunu düyünləyib. Təmkinli sifəti ciddi primitiv üslubda təsvir olunub ki, bu da Pikassonun arxaik İberiya maskaları ilə məşğul olmasından irəli gəlir.