Eqon Şile

Fizalisli Avtoportret.

Leopold Muzeyi

12 iyun 1890-cı il - 31 oktyabr 1918-ci il

Avstriya

Avstriya rəssamı və qrafiki, Avstriya ekspressionizminin parlaq nümayəndələrindən biri.

Avtoportretdə 22 yaşlı fırça ustası tamaşaçıya qətiyyətli və eyni zamanda da həssas bir insan kimi görünür. Kompozisiya incəliklərinə qədər düşünülüb, rəssam öz şəkli üçün düzbucaqlı formatını seçib. Öz təsvirini əsərə daxil edərkən, rəssam kəkilinin yuxarı hissəsini də kəsib. Baş, mürəkkəb bir dönüşlə, təkəbbürlə qaldırılıb. Gözlər tamaşaçıya lovğa-lovğa baxır. Eyni zamanda qırmızı-narıncı meyvələrlə dolu olan, qəribə tərzdə əyildiyi halda təsvir edilən fizalis budağı da gənc rəssamın kövrək daxili aləminin rəmzinə çevrilir.