Piter Paul Rubens

Avtoportret, 1623.

28 iyun 1577-ci il - 30 may 1640-cı il

Brabant

Barokko

Böyük cənubi Niderland (flamand) rəssamı, öz əsərlərində hərəkətliyi, Avropa rəssamlığının barokko dövrünün sonsuz həyatiliyini və həssaslığını əks etdirmişdir. Rubens rəssamlıq istedadından başqa xoşrəftarlığı, mütaliəsinin zənginliyi ilə fərqlənirdi, altı dil bilirdi, bir çox taxt-tac sahibləri ilə, Avropanın məşhur alimləri və ziyalıları ilə yazışmaları vardı ki, bunlar da onun iti ağlına və geniş biliyinə heyranlıqlarını bildirirdilər. Təəccüblü deyil ki, o, bir çox illər ərzində İspaniyalı İzabellanın sarayında diplomat vəzifəsini yerinə yetirmişdi.