Vinsent Van Qoq

Fetr şlyapalı avtoportret, 1687-88-ci illər.

30 mart 1853-cü il - 29 iyul 1890-cı il

Niderland rəssamı - postimpressionist

Van Qoq çox vaxt dostlarının və tanışlarının portretlərini çəkərdi, şəklini çəkmək üçün model olmadıqda isə öz şəklini çəkərdi. Onun 35 avtoportreti məlumdur. 1887-1888-ci ildə Parisdə çəkdiyi bu avtoportretdə Van Qoq özünü göy kostyumda və boz rəngli fetr şlyapada təsvir etmişdir. Van Qoq texnika ilə eksperimentlər edirdi. Təsvir zamanı təzadlı boyalardan istifadə edir, kətanın üzərinə sürəkli yaxmalar vururdu. Sifətin təsvirində həmin yaxmalar ortaya - burunun üst hissəsinə yönəlirdi. Bu isə Van Qoqun sifətinin ifadəsini daha da yığcamlaşdırır və ciddiləşdirir. Həmin avtoportretin fərqləndirici cəhəti özünəməxsus nurdur ki, bu da rəssamın başının ətrafında tünd rəngli yaxmalar fonunda təsvir olunur. Lakin Van Qoq həmin nuru təsvir etmək niyyətində deyildi. Bu da yenilikçi çəkiliş texnikasının tətbiqi üzrə eksperimentlərin nəticəsi kimi meydana çıxıb. Rəssamın özü əldə olunan effekti çox uğurlu hesab edirdi və gələcəkdə onu başqa əsərlərində tətbiq etməkdən çəkinmirdi.