Rafael Santi

Avtoportret.

28 mart 1483-cü il - 27 mart 1520-ci il

İtaliya

Dahi İtaliya rəssamı, qrafik və memar, Umbriya məktəbinin nümayəndəsi. Bibliya və tarixi mövzuda süjetlər üzrə çəkdiyi şəkil və freskalarla tanınmışdır. Onun yaratdığı portretlər də diqqəti cəlb edəndir.

Avtoportret 1506-cı ildə, Rafaelin 23 yaşı tamam olanda başa çatdırılmışdır. Neytral zeytun fonunda sifətinin bir hissəsi yarıya qədər tamaşaçıya çevrilən gəncin simasını seyr edirik. O, şəkildən bizə bir qədər laqeyd kimi, dalğın nəzərlərlə baxır.