Rembrandt

Avtoportret, 1665-1669.

Kenvud-haus, London

15 iyul 1606-cı il - 4 oktyabr 1669-cu il

Birləşmiş Əyalətlər Respublikası

Hollandiya rəssamı, rəssam və nəqqaş, rəssamlıqda böyük işıq və kölgə ustası, Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi. O, öz əsərlərində insani duyğuların (həyəcanların) bütün spektrini elə emosional zənginliklə verir ki, Rembrandta qədər təsviri sənətə bu cəhət heç məlum deyildi. Rembrandtın əsərləri janr mənsubiyyətinə görə həddindən artıq müxtəlifdir, tamaşaçının qarşısında insani həyəcan və duyğuların zamanındankənar mənəvi aləmini açır. Gözəl bir portretçi kimi o, külli miqdarda avtoportretlər də yaratmışdır. Bu avtoportretdə isə biz rəssamı əllərində palitra və fırçalarla birlikdə çox  yaşlı vaxtında görürük.