Böyük Lukas Kranax

Avtoportret, 1550-ci il.

Uffitsi Qalereyası, Florensiya

4 oktyabr 1472-ci il - 16 oktyabr 1553-cü il

Müqəddəs Roma imperiyası

Renessans dövrünün alman rəssamı və qrafiki, rəssamlıq və qrafik portretlər, janr və Bibliya kompozisiyalarının ustası, öz yaradıcılığında İntibah dövrünün rəssamlıq prinsiplərini qotik ənənələrlə sintez edirdi. "Dunay məktəbi"nin banilərindən biri idi, fiqur və mənzərələrin harmonik (ahəngdar) tərzdə birləşdirilməsinin nəfis üslubunu işləyib hazırlamışdı. Bu avtoportret Reformasiya dövrü üçün xarakter olan üslubda çəkilmişdi ki, bu zaman portreti çəkilən şəxsin sifətinə və əllərinə daha çox diqqət verilirdi.