Ejen Anri Pol Qogen

Şlyapalı avtoportret, 1893-cü il.

Kətan, yağlı boya. 46x38 sm

Orse Muzeyi, Paris, Fransa

Musee d Orsay, Paris, France

Fransa

Ejen Anri Pol Qogen (fr. Eugene Henri Paul Gauguin - 7 iyun 1848 - 8 may 1903) - fransız rəssamı, heykəltəraş, keramist və qrafik, Sezann və Van Qoqla birlikdə postimpressionizmin böyük nümayəndələrindən biri olmuşdur. Uğurlu brokerlərdən biri olmaqla, 1870-ci illərin əvvəllərindən bir həvəskar kimi rəssamlıqla məşğul olmağa başlamışdır. İlk yaradıcılıq dövrü impressionizmlə bağlıdır. 1880-ci illərdən etibarən impressionistlərin sərgilərində iştirak etmişdir. 1883-cü ildən etibarən birjadakı işini tərk edərək peşəkar rəssama çevrilmişdir. Qogenin əsərlərinə tələbat yox idi, rəssam Polineziyadakı Xiva-Oa adasında kasıblıqda vəfat etmişdir. Onun ən yaxşı əsərləri məhz orada yaradılmışdı. Rəssam ölümündən sonra şöhrətlənmişdir: 1906-cı ildə Parisdə onun 227 əsəri sərgidə nümayiş etdirilmişdir. Qogen yaradıcılığının XX əsrin incəsənətinə böyük təsiri olmuşdur.