Kazimir Severinoviç Maleviç

Avtoportret, 1933-cü il.

23 fevral 1879-cu il - 15 may 1935-ci il

Rusiya imperiyası, SSRİ

Kazimir Severinoviç Maleviç - Polşa mənşəli görkəmli rus və sovet avanqard rəssam, pedaqoq, incəsənət nəzəriyyəçisi, filosof, Suprematizmin - ən yeni dövrün abstrakt incəsənətinin ən ilkin təzahürlərinin banisi.

1933-cü ildə çəkilən gözlənilməz realist "Avtoportret" böyük rus-avanqardist rəssamının yaradıcılıq vəsiyyətinə çevrilmişdir. Şəklin sağ küncündə, adətən rəssamın avtoqrafının qoyulmalı olduğu yerdə biz qara kvadratın təsviri olan monoqramını görürük.