Arzu Mürvətova

Yorğun

Bəzi qadınlar vardır ağrıyla yoğrulmuşlar. Amma bu ağrılarını həmişə gizli saxlayaraq ayaqda dik durma mübarizəsi verirlər. Bir qadın, ana ikən iki qat insan olur. Analıq duyğusu, qadını qadın edən ən əhəmiyyətli səbəbdir. İllərin verdiyi yorğunluq üzündən oxunurdu. Ta içində anlaya bilmədiyim dərin bir yara sarğısı qalmışdı - qanayırdı sanki. Çox vaxt kədərlərini içində saxlayar, yaralarını həmişə özləri sarıyarlar. Üz xəttlərindən hətta yaralarını görə bilərsiniz. Hər bir cizgi, həyata qarşı verilən amansız mübarizənin simvoludur sanki. Bu cizgilərdə nələr gizli deyil ki... Nur üzündə illərin yorğunluğu, dilində isə şükür... (Xınalıq)