Arzu Mürvətova

Gözə görünməz

Bu şəhərə gələn qonaqlara görə dünyanın ən gözəl pişikləri İstanbulda yaşayır. Prospektlərdə, küçələrdə, qapı önlərində, damlarda, eyvanlarda, dəniz kənarında; onlar hər yerdədirlər. İstanbulun küçə uşaqlarına bənzəyirlər... Daima ehtiyyatlı olurlar, çox erkən yaşlarında və məcburən elə bir həyat bilgisi ilə dolanırlar ki, gözlərinizə baxarkən belə içinizi oxuya bilirlər. (İstanbul)