Aurelia Nəsirova

Əsil Bakılı qız

Şəkil Bakı şəhərində 2014-cü ilin avqustunda Sovet küçəsində çəkilmişdir. Küçələrdən birinə çoxlu qədim əşyalar yığılmüşdı: köhnə kitablar, plastinkalar, şəkillər, tikiş maşını, sovet dövrünün oyuncaqları və bir çox digər əşyalar - bunların hamısı satılırdı. Satıcı isə yaxınlıqda deyildi. Lakin bütün bunların yanında bu gözəl qız oturmuşdu ki, mən onu əsil bakılı qız adlandırdım. Adama elə gəlirdi ki, o qız elə həmişə bu yerdə olub. Bakının pişikləri də misilsizdir və hər birinin öz aləmi var. Maraqlıdır ki, onun şəklini çəkdiyimi bilirdimi. O, həqiqətən mənim qarşımda bütün varlığı ilə dayanmışdı.