Aurelia Nəsirova

21-ci əsrin igidi

Foto 2014-cü ilin sentyabrında Lahıc kəndində çəkilib. Lahıc ecazkar misgərlər diyarıdır. Biz bu yerləri gəzib dolandığımız vaxt ərzində at belinə qalxmış bu müasir gənc qarşımıza çıxdı. Belə adamları biz cip, yaxud mersedes sükanı arxasında görməyə adət etmişik. Belə bir yerdə onu at belində görmək bizə çox xoş gəldi. Yapıncısı da olsaydı - lap müasir qafqazlıya bənzəyərdi.