Denis Sveçnikov

Sübh dumanı

Çəkiliş yeri - Bakı şəhəri, bulvar. Həmin dostumla birlikdə bayraq meydanının yaxınlığındakı yeni bulvarda sübh çağının şəklini çəkməyə hazırlaşırdım. Biz buraya gəldikdə hava hələ qaranlıq idi və hər tərəfi bürüyən qatı duman bizi heyrətə saldı. Belə bir duman Bakıda nadir hallarda olur, fotoqrafa görə isə bu, çox uğurlu bir an idi. Biz kameralarımızı quraşdırana kimi duman asta-asta seyrəlməyə başladı, lakin dumanlıqda fənərlərin gözəl işığını lentə çəkmək bizim qismətimizə düşdü.