İeronim Bosx

Dünyəvi nemətlər bağı

1500-1510-cu illər

Ağac, yağlı boya 389,005x220 sm

Muzey Prado, Madrid

«Dünyəvi nemətlər bağı» - İeronim Bosxun (mərkəzi hissədən və laylardan ibarət) mehrabı, şübhəsiz ki, dünya incəsənətinin müəmmalı və qəribə əsərlərindən biridir. Şəklin sol layı Cənnəti təsvir edir. Mərkəzi hissədə bəd əməllərin qol-budaq atıb artması göstərilir. Növbəti layda isə cəhənnəm təsvir olunmuşdur.