Karl Pavloviç Brüllov

Pompeyin son gecəsi.

1830-1833-cü illər

Kətan,  yağlı boya 45,5x151 sm

Dövlət Rus Muzeyi, Sankt-Peterburq

Brüllov 1827-ci ildə Pompeydə olmuş, bizim eranın 79-cu ilində Vezuvi vulkanının məşhur püskürməsinə və Neapolun yaxınlığındakı Pompey şəhərinin dağılmasına dair gələcək rəsm əsəri haqqında çoxsaylı eskizlər çəkmişdir. Onun əsəri Romada sərgidə nümayiş etdirilmiş, tənqidçilərin coşqun rəylərini qazanmış və Parisin Luvr sarayına göndərilmişdir. Bu əsər rəssamın ölkənin hüdudlarından kənarda belə maraqla qarşılanmış ilk əsəri olmuşdur. 1834-cü ildə əsər təntənəli surətdə Sankt-Peterburqa gətirilmişdir.