Sandro Bottiçelli

Veneranın doğulması.

1482-1486-cı illər

Nascita di Venere

Kətan, tempera. 172,5x278,5 sm

Uffitsi, Florensiya

Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir.