
Edvard Munk
Fəryad.
1893-cü il
Skrik
Karton, yağlı boya, tempera, pastel 91x73,5 sm
Milli qalereya, Oslo.
«Fəryad» - Norveç ekspressionist rəssamı Edvard Munk tərəfindən 1893-1910-cu illər arasında yaradılmış rəsmlər silsiləsidir. Həmin əsərlərdə alqırmızı səma fonunda və həddindən artıq ümumiləşdirilmiş mənzərə fonunda ümidsizlikdən fəryad edən insan fiquru təsvir olunmuşdur. Həmin şəklin 4 variantı və litoqrafiyası məlumdur.