Rembrandt

Gecə gözətçiləri.

1642-ci il

Nachtwacht

Kətan, yağlı boya. 363x437 sm

Dövlət Muzeyi, Amsterdam.

«Gecə gözətçiləri» - bu ad altında ənənəvi surətdə Rembrandt Van Reynin "Kapitan Frans Banninq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının keşikçiliyə yollanması" adlı qrup portreti məlumdur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.