Pyer Oqüst Renuar

Mulen de la Qalettdə rəqs gecəsi.

1876-cı il

Fr. Bal du moulin de la Galette

Kətan, yağlı boya 131x175 sm

Orse Muzeyi, Paris

«Mulen de la Qalettdə rəqs gecəsi» - fransız rəssamı Pyer Oqüst Renuarın çəkdiyi şəkildir. Şəkil üçün öz dostlarından poza verməyi xahiş etmişdir, belə ki, onların bir qismini rəqs edənlərin və masa arxasında əyləşənlərin arasında asanlıqla görüb tanımaq olar. Şəklin çəkilişi zamanı rəssam çətin bir məsələnin öhdəsindən gəlməyə çalışmış, günəş şüalarının akasiya ağacının yarpaqları arasından süzülüb keçməsini, rəqs edənlərin və masa arxasında əyləşənlərin sifətlərində və geyimlərində əks olunmasını təsvir etməyə səy göstərmişdir.