Qustav Klimt

Busə.

1907-1908-ci illər

Der KuB

Kətan, yağlı boya. 180x180 sm

Belveder qalereyası. Vyana

Rəsm əsəri Klimt yaradıcılığının «qızıl» dövrünə aiddir: həmin dövrdə rəssam əsəri qızılı rənglə və əsl zərvəraq qızıl ilə işləmişdir. Belə hesab olunur ki, rəssam bu şəkildə özünü və sevgilisi Emiliya Flögeni təsvir etmişdir.