Qustav Klimt

Həyat və Ölüm.

1908-1911-ci ilər

Kətan, yağlı boya. 178x198 sm

Leopoldun kolleksiyası. Vyana

«Həyat və ölüm» əsərində Klimt yaradıcılığının aparıcı mövzularından biri öz əksini tapmışdır. Həyat və ölüm bu əsərdə dəqiq surətdə bir-birinə qarşı qoyulmuşdur - şəklin sol hissəsində əlində kəllə tutmuş cansız bir vücud var - Ölüm və körpədən tutmuş qoca qarıyadək hələ canının istisi keçməmiş canlı vücudlar bir-birinin üstünə qalaqlanıb, bunlar yuxulu bir vəziyyətdədirlər, ölümün yaxınlaşması onların heç xəyalına da gəlmir.