Qustav Klimt

Adel BloxBauerin portreti.

1907-ci il

Kətan, yağlı boya. 138x138 sm

Yeni qalereya, Nyu York

«Adel Blox – Bauerin portreti» rəsmi həm də «Qızıl Adel», yaxud «Avstriyanın Mona Lizası» kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir.

Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.