
Rafael
Sikstin madonnası.
1512-1513-cü illər
Madonna Sistina
Kətan, yağlı boya. 256x196 sm
Qədim ustadlar qalereyası, Drezden
«Sikstin madonnası» - ali İntibah dövrünün ən çox tanınmış əsərlərindən biridir. Ölçülərinə görə çox nəhəng olan bu əsər Rafael tərəfindən papa II Yulinin sifarişi ilə Pyaçentsedəki Müqəddəs Sikst monastırı üçün yaradılmışdır.