
Jorj-Pyer Söra
Qrand-Jatt adasında bazar günü.
1884-1886-cı illər
Un dimanche apres-midi lille de la Grande Jatte
Kətan, yağlı boya. 207x308 sm
İncəsənət İnstitutu, Çikaqo
Fransız rəssamı Jorj Söranın məşhur irihəcmli əsəri, puantilizm axınının parlaq nümunələrindən biridir- Söranı özü rəssamlıqda bu yeni axının banilərindən biri idi. Bu əsər XIX yüzilliyin postimpressionizm dövrünün ən görkəmli əsərlərindən biri hesab olunur.