Fransisko Qoyya

Geyimli maxa.

Təxminən 1800-1805-ci illər

La maja vestida

Kətan, yağlı boya. 97x190 sm

Prado Muzeyi, Madrid

İspan rəssamının «Geyimli maxa» əsəri «Üryan maxa» əsəri ilə birlikdə cütlük təşkil edir. Şəkillərdə maxa – XVIII-XIX əsrlərin qeyri-zadəgan mənşəli şəhərli ispan qadını təsvir edilib. Maxalar Qoyya sənətinin ən sevimli obyektlərindən biri olub.