Fransisko Qoyya

Kral IV Karlın ailəsi.

1800-1801-ci illər

Kətan, yağlı boya. 280x336 sm

Prado Muzeyi, Madrid

Kral IV Karl Qoyyaya kral ailəsinin qrup portretinin çəkilməsini sifariş edir. Qoyya ilkin olaraq ailə üzvlərinin ayrı-ayrı eskizlərini çəkir, sonradan isə qrup portretinin yaradılmasına başlayır və işi tezliklə başa çatdırır. Bir il ərzində əsər bütünlüklə tamamlanır. Şəkilin personajları arasında Qoyyanın öz avtoportreti də var, həmin avtoportret şəklə kralın tələbi üzrə yerləşdirilib, çünki kral ailəsi üzvlərinin sayı 13 nəfər idi, həmin rəqəm isə nəhs hesab olunurdu.