Antonis van Deyk

Samson və Dalila

1618-1620-ci illər

Samson and Delilah

Kətan, yağlı boya

Dalviçin rəsm qalereyası, London, Böyük Britaniya

Filistimyalı qadın Dalilanı filistimyalıların düşməni, əfsanəvi Bibliya bahadırı ehtirasla sevir. Qadın ona xəyanət edir. Onu içirdərək öyrənir ki, Samsonun gücü onun uzun saçlarındadır. O, yuxulayan kimi həmvətənlərini çağırır, onlar da Samsonun saçlarını qırxırlar. Samson gücdən düşür, əsir götürülür və gözləri çıxarılır.