Dieqo Velaskes

Meninlər (Freylinalar).

1656-cı il

Las Meninas

Kətan, yağlı boya 318x276 sm

Prado Muzeyi, Madrid

Daha bir adı - «IV Filippin ailəsi»-dir.

Dünyanın ən məşhur rəsm əsərlərindən biridir.Rəssam IV Filippin və onun zövcəsi Mariannanın portretini çəkir. Onların təsviri emalatxananın uzaq divarından asılmış güzgüdə əks olunmuşdur. Görünüşün mərkəzində öz dəstəsi ilə birlikdə otağa yenicə daxil olmuş beş yaşlı şəhzadə Marqarita dayanmışdır. İşıq, habelə valideynlərin də nəzərləri qız uşağına tərəf yönəlmişdir. Velaskes körpə şahzadənin simasında öz əksini tapan ailə səadətinin, zənginliyin və parlaq gələcəyin təəssüratını canlandırır.