Heda, Villem Klas

Dəniz xərçəngi natürmortu.

1648-ci il

Kətan, yağlı boya 118x118 sm

Dövlət Ermitajı

Holland natürmortunun mahir ustadı Heda səhər yeməyi əşyaları ilə diqqətlə düşünülmüş nizamsız tərzdə bəzədilmiş masanı gözəl təsvir etmişdir. Boşqabda bütün xüsusiyyətləri ilə təsvir olunan dəniz xərçəngi var, onun yanındakı lumunun sarı rəngi adamın gözünün şövqünü aparır. Hələ lumunun qəşəng soyulmuş qabığı da burula-burula aşağıya sallanır. Sağ tərəfdə yaşıl zeytunlar və qızılı rəngli qabığı ilə diqqətimizi cəlb edən kökə kömbəsi də var. Şüşə və metal qab-qacaq natürmorta xüsusi rövnəq verir, onların rəngi də ümumi çalara qarışır.