İlya Yefimoviç Repin

Volqa yedəkçiləri.

1872-1873-cü illər

Kətan, yağlı boya. 131,5x281 sm

Rusiya Dövlət Muzeyi, Sankt-Peterburq

Şəkil çəkmək niyyəti İ.Repində  hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.