İlya Yefimoviç Repin

İvan Qroznı və onun oğlu İvan 1581-ci il noyabrın 16-da.

1883-1885-ci illər

Kətan, yağlı boya. 199,5x254 sm

Dövlət Tretyakov Qalereyası, Moskva

Şəkildə İvan Qroznının həyatından əfsanəvi bir epizod təsvir olunmuşdur, qəzəbli çar İvan Qroznı oğlu şahzadə İvana ölümcül zərbə endirir. Şəkildə Qroznının sifətindəki peşimançılıq əzabları və ölməkdə olan şahzadənin baş vermiş faciədən ağlını itirmiş atasını bağışlayan yaşla dolu gözləri əks etdirilmişdir.