Mark Şaqal

Gəzinti.

1918-ci il

Kətan, yağlı boya

Ölçüləri 169,6x163,4 sm

Russian Museum, St.Peterburg, Russia

Mark Şaqal XX əsrin rəssamlıq sənəti aləmində sürrealizm və avanqardın banilərindən biridir. Şəkildə təsvir olunan iki personaj – kişi və qadın görüşdüklərinə və birlikdə küçədə gəzişdiklərinə görə çox şaddırlar. Axı bu iki nəfərin məhəbbəti onlardan ötrü dünyanın ən gözəl nemətidir. Elə buna görə də hətta ən adicə gəzinti də onlardan ötrü bütün binaların və tikililərin üzərində unudulmaz uçuş kimi bir şeydir.

Lap məcazi məna da olsa, məhəbbət insanı sanki qanadlandırır.

Əgər şəklin bütün «tərkibinə» diqqətlə nəzər salsaq görərik ki, rəssam burada iki qüvvənin təsvirini vermişdir. Bir tərəfdən onun – Şaqalın ayaqlarının altındakı torpaq, digər tərəfdən isə onun sanki səmada süzən zövcəsi diqqəti cəlb edir.