Eduard Mane

Otluqda səhər.

1863-cü il

Le dejeuner sur l`herbe

Kətan, yağlı boya, 208x264,5 sm

Orse Muzeyi, Paris

İlk öncə «Çimdirmə» (fr. Lebain) adlandırılan bu şəkil Paris salonu üçün nəzərdə tutulmuşdu. Şəkilin üslubu həmin dövrün akademik ənənələrinə ziddir. Kəskin «fotoqrafik» (donuq) işıq yarımtonluğu – bir rəngdən digərinə keçidi istisna edir. Mane fırçasının işini gözdən qaçırmağa cəhd etmir, elə ona görə də onun çəkdiyi şəkil bəzi anlarda lap natamam kimi də görünür. «Otluqda səhər» rəsmindəki üryan qadın fiqurası öz formalarının qüsursuzluğu ilə fərqlənir və sərgi vaxtı böyük qalmaqala səbəb olmuşdu.