Titsian

Xaçın daşınması.

1565-ci il

Cristo portacroce

Kətan, yağlı boya, 89,5x77 sm

Ermitaj, Sankt-Peterburq

Şəkil 1581-ci ildə Barbariqo ailəsi tərəfindən Titsianın evindən alınmışdır. Hazırda Ermitajdadır, oraya Barbariqonun kolleksiyasından 1850-ci ildə daxil olub. Şəkil Prado Muzeyində saxlanılan, müəllif tərəfindən imzalanmış kompozisiyanın təkrarıdır.

Boya bu əsərdə başlıca vasitədir ki, onun da köməyi ilə Titsian qəhrəmanı nəzərə çarpdıra bilir. Məsihin solğun siması və zərif əli açıq sarı-yaşıl rəngli geyimin çərçivəsində xaçın fonunda aydın surətdə görünür. İosif Ariimafeylinin simasında kölgə və saçlarının və saqqalının ağ tükləri onun fiqurunu sanki adilikdən (gerçəklikdən) uzaqlaşdırır və bu görünüş xaçla qovuşaraq zülmətdə görünməzləşir.