
Titsian
Qeysərin dinarı.
1516-cı il
Cristo della moneta
Kətan, yağlı boya, 75x56 sm
Qədim ustadlar qalereyası, Drezden
Şəkil Ferrara hersoqu Alfons d`Este üçün çəkilmişdir. Çox yəqin ki, əsərin süjeti Ferrara üzərində hakimiyyətini çoxdan itirmiş Roma papalarına qarşı mübarizədə Məsihin «Allahın öz haqqı var, qeysərin öz haqqı» sözlərini şüar kimi seçən sifarişçi tərəfindən təqdim olunmuşdur.