Pol Sezann

Bəzəkli natürmort.

1889-cu il

Ermitaj, Sankt-Peterburq

Akvarelləri və digər əsərlərini nəzərə almadan Sezannın rəssamlıq mirasına yağlı boya ilə çəkilmiş 800-dən artıq əsər daxildir. Rəssamın uzun yaradıcılıq ömrü boyunca özü tərəfindən naqis hesab olunub məhv etdiyi əsərlərin dəqiq sayını heç kəs deyə bilməz. Sezann natürmortları bütün yaradıcılıq həyatı boyunca çəkib, lakin həmin janra xüsusən 1883-1895-ci illərdə daha çox diqqət verib və bu səpgidə 59 əsər yaradıb. İkinci dərəcəlilik statusunu arxada qoyan natürmort janrı Sezanndan sonra XX əsrin bir çox nəhəng ustadlarının bədii dünyagörüşünün tam hüquqlu ifa tərzinə çevrilib.