Katsusika Xokusay

Kanaqavada böyük dalğa.

1823-1831-ci illər

神奈川沖浪裏

Kağız, mürəkkəb, sulu boyalar. Qravyura 25,4x38,1 sm

Metropolitan-muzeyi, Nyu York

"Kanaqavada böyük dalğa" ilk dəfə 1832-ci ildə kütləyə təqdim olunmuşdur və "Fudzinin otuz altı görünüşü" seriyasından ən birinci qravyuradır, həm də Katsusika Xokusayın ən məşhur əsəridir. Qravyurada Kanaqava prefekturası yaxınlığında qayığın üzərinə qalxıb sallanan nəhəng dalğa təsvir olunub. Fudzi dağı uzaqlıqda görünür və şəkildəki əsas hadisəyə dair bir fon təsiri bağışlayır. Həmin seriyadan olan bütün qalan qravyuralar kimi "Kanaqavada böyük dalğa" müəyyən şəraitdə Fudzi dağına bir görünüş kimi təqdim oluna bilər.