Pablo Pikasso

Gernika.

1937-ci il

Guernica

Kətan, yağlı boya, 349x776 sm

Kraliça Sofiya muzeyi, Madrid

"Gernika" - Pablo Pikassonun əsəridir, 1937-ci ilin mayında İspaniya Respublikası hökumətinin sifarişi ilə Parisdəki Ümumdünya sərgisinin İspaniya pavilyonu üçün çəkilmişdir. Kubizm ifadə tərzində və qara-bəyaz qammada icra olunmuş əsərin mövzusu o vaxta qədər baş vermiş Gernika bombardmanının, habelə İspaniya inqilabının (1931-1939-cu illər) və İspaniyada vətəndaş müharibəsinin dəhşətlərinin təsvirindən ibarətdir.