Salvador Dali

Yaddaşın dəyişməzliyi.

1931-ci il

isp. La persistencia de la memoria

Kətan, yağlı boya, 24x33 sm

Müasir İncəsənət Muzeyi, Nyu York

Çox da böyük olmayan bu şəkil, ehtimal ki, Dalinin ən məşhur əsəridir. Asılan və ötən saatların yumşaqlığı, vaxtın ötməsinin xətti anlayışının nümunəsidir. Burada yuxulu  baş kimi Dalinin özü də iştirak edir, həmin obraz onun digər əsərlərində də nəzərə çarpır. Rəssam öz metoduna xas tərzdə kamamber pendirinin təbiəti barədə düşüncələrinin mənşəyini izah etmişdir; Port Liqatın mənzərəsi artıq hazır idi, belə ki, şəklin çəkilməsinə iki saatlıq vaxt kifayət idi.

Şəkil «Yumşaq saat», «Yaddaşın möhkəmliyi», yaxud «Yaddaşın dəyanəti» kimi də tanınır.