Böyük Piter Breygel

Korlar haqqında hekayət.

1568-ci il

De parabel der blinden

Kətan, yağlı boya. 86x154 sm

Kapodimonte Muzeyi, Neapol

Şəkildə bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq (yıxılmaq) aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.

Ehtimal olunur ki, şəklin süjeti korlar haqqında İncil hekayətinə əsaslanıb: «Kor koru arxasınca aparırsa, onda hər ikisi xəndəyə aşacaq».