Mixail Vasilyeviç Nesterov

Gənc Varfolemeyin xəyallanması.

1889-1890-cı illər

Kətan, yağlı boya. 160-211 sm

Dövlət Tretyakov qalereyası, Moskva

Rəssamın müqəddəs Sergey Radonejskiyə həsr olunmuş silsilənin ən birinci və çox dəyərli əsəridir.

Şəkildə «tənhalıq», «səhra sərgərdanlığı», fani dünyadan uzaq insan həyatı, onun mənən təmizlənməsi naminə təbiətlə ahəngdarlığı və mənəvi dəyanətin, həyatın əsil mahiyyətinin əldə edilməsi» mövzusu yer alır.