Klod Mone

Təəssürat. Yüksələn günəş.

1872-ci il

Impression, soleil levant

Kətan, yağlı boya, 48x63 sm

Marmottan-Mone Muzeyi, Paris

«Təəssürat. Yüksələn günəş». Klod Monenin 1872-ci ildə naturadan (orijinaldan) qədim Havr avanportunda (gəmilərin lövbər atıb durduğu yerdə) çəkdiyi şəkil sonralar «impressionizm» rəssamlıq təmayülünə öz adını vermişdir.