Kazimir Maleviç

Suprematizm.

1915-1916-cı illər

F.A.Kovalenko adına Krasnodar Diyar Rəssamlıq Muzeyi

Suprematizm (latınca suprema – ən ali) – 1910-cu illərin 1-ci yarısında avanqardist incəsənətdə K.S.Maleviç tərəfindən əsası qoyulan yaradıcılıq istiqamətidir. Abstraksionizmin növlərindən biri olan suprematizm sadə həndəsi cizgilərin (düz xəttin, kvadratın, dairənin və düzbucaqlının həndəsi formalarında), rəngarəng səthlərin kombinasiyalarında öz əksini tapırdı. Müxtəlif rəngli və müxtəlif ölçülü həndəsi fiqurların birləşməsi daxili hərəkətlə tarazlanan asimmetrik suprematik kompozisiyalar əmələ gətirir.