Ejen Delakrua

Xalqı irəli aparan azadlıq.

1830-cu il

La Liberte Guidant le peuple

Kətan, yağlı boya, 260x325 sm

Luvr-Lans, Lans

Delakrua bu şəkli Burbonların mütləqiyyətin bərpası rejiminin axırına çıxan 1830-cu il iyul inqilabının motivləri üzrə yaradıb. Çoxsaylı hazırlıq eskizlərindən sonra həmin şəkli çəkmək üçün rəssama cəmi üç ay vaxt lazım oldu. 1830-cu il oktyabrın 12-də Delakrua qardaşına məktubunda yazırdı: «Vətən uğrunda vuruşmasam da, heç olmazsa onun üçün şəkil çəkim».