Mixail Aleksandroviç Vrubel

Şahzadə qız - Qu quşu.

1900-cü il

Kətan, yağlı boya. 142,5x93,5 sm

Dövlət Tretyakov qalereyası, Moskva

Şəkil Puşkinin "Çar Saltan haqqında nağıl" əsərinin  və N.A.Rimski-Korsakovun eyniadlı operasının personajına həsr edilib. bəs nə üçün məhz operaya? Ona görə ki, şəkildə rəssamın zövcəsi Nadejda Zabela-Vrubel təsvir olunub. O, həmin operada Şahzadə qız - Qu quşu rolunda məşhurlaşmışdı. Vrubelin şəklindəki Şahzadə qız əsrarəngiz və anlaşılmazdır, siması çox kədərlidir. Şahzadə qız - Qu quşu dəniz üzərinə enən alaqaranlıq, üfüqdəki ensiz qürub və uzaq şəhər zolağının fonunda təsvir edilib.