İsaak Levitan

Mart.

1895-ci il

Kətan, yağlı boya. 60x75 sm

Dövlət Tretyakov qalereyası, Moskva

Şəkil Levitan tərəfindən 1895-ci ilin martında, Tver quberniyasındakı Qorki malikanəsində yaşadığı zaman çəkilmişdir. Şəkil 1896-cı ilin sərgilərində nümayiş etdirilmişdir, elə həmin ildə də Pavel Tretyakov tərəfindən satın alınmışdır.

"Mart" şəkli Levitanın mənzərə rəsmləri irsinin ən tanınmış və parlaq nümunələrindən biri hesab olunur. O, həm də rəssamın yaradıcılığına impressionizmin təsirinin nümunəsidir.