Cüzeppe Arçimboldo

Vertumn obrazında imperator II Rudolfun portreti.

Təxminən 1590-cı il

Limperatore Rodolfo II in veste di Vertumno

Ağac, yağlı boya. 68x56 sm

Skokloster sarayı, Stokholm

Arçimboldo - manyerist-rəssam idi, onun işlərində sənətşünaslar sürrealizmin ilkin təzahürlərini görməkdədirlər. Özünəməxsus üslub yaratmışdı ki, həmin üslub ondan sonra gələnlər üçün təqlid nümunəsinə çevrilmişdi. "Vertumn obrazında imperator II Rudolfun portreti"nə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü.

Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. Vertumn qədim İtaliyada dəyişkənlik, təbii bolluq allahı kimi də məşhur idi.