El Qreko

Qraf Orqasın dəfni.

1586-1588-ci illər

El entierro del Conde de Orgaz

Kətan, yağlı boya. 480x360 sm

Toledo, San-Tome kilsəsi

XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.