Endrü Uayet

Kristinanın dünyası.

1948-ci il

Christina`s World

Ağac, tempera. 81x122 sm

Müasir İncəsənət Muzeyi, Nyu York

Şəkildə Uayetin Men ştatının yay evindəki Kristin Olson təsvir olunmuşdur. Kristina çöldə oturub öz evinə tamaşa edir. Kristina Olson poliomielitin fəsadlarından əziyyət çəkirdi, onun məqsədyönlüyü və ruh yüksəkliyi Uayeti heyran edirdi. Qızın baxdığı ev Olsonların Men ştatının Kuşinq məkanındakı ferması idi. Ömrü boyu yay aylarını burada keçirən rəssamın başlıca yaradıcılıq mövzularından biri Kuşinq idi.